AZ

Peşə təhsili müəssisələrində adambaşına maliyyələşmə tətbiq ediləcək plan yerləri artırılır

Bakı, 21 iyul, AZƏRTAC

2025–2026-cı tədris ili üçün adambaşına maliyyələşmə tətbiq ediləcək peşə təhsili müəssisələrinin plan yerlərində artım nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, yeni tədris ili üzrə peşə təhsili müəssisələrində tələbə qəbulu plan yerləri artırılıb: “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı ildə 1220, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 1180, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 580, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 680 plan yeri ayrılıb. Həmçinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 1100, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 540, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 780, Göyçay Peşə Liseyində 400 plan yeri ayrılıb”.

Qeyd edək ki, adambaşına maliyyələşmə sistemi tələbənin seçiminə əsaslanan və nəticələrə görə maliyyənin ayrılmasını nəzərdə tutan yeni yanaşmadır.

Seçilən
15
31
azertag.az

10Mənbələr