AZ

Azərbaycan dövləti kimi, onun mediası da azad, müstəqildir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"150 illik tarixə malik olan Azərbaycan mətbuatı çətin və şərəfli yol keçib. Dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Milli Mətbuatımız zaman-zaman xarici təsirlərə məruz qalıb məhv olmaq təhlükəsi ilə üzləşsə də, lakin gərgin və çətin fəaliyyət ilə özünü ayaqda saxlaya bilib. Milli mətbuatımız xüsusilə müstəqillik illərindən sonra inkişaf və tərəqqi dövrünə qədəm qoydu. Ümumilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də uğurlu addımlar atıldı, medianın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Məhz Ulu Öndərin mediaya, azad sözün təmin edilməsinə yönəlik fəaliyyətinin nəticəsi idi ki, Ulu Öndər bir neçə dəfə Mətbuatın Dostu mükafatına layiq görüldü".Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, bu gün də Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Çünki əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasət hazırda Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:"Azərbaycan mediası, bu sahədə çalışan insanlar hər zaman dövlətin, şəxsən dövlət başçısının diqqət və qayğısı ilə əhatələnib. Cənab Prezidentin imzaladığı sərəncam əsasında jurnalistlər üçün yaşayış binasının tikilməsi, onlara mənzillərin hədiyyə edilməsi, bu sahə ilə məşğul olan xüsusi bir qurumun yaradılması, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə zaman-zaman atılan addıjmlar deyilənlərin sübutudur".Arzuman Muradlı deyib ki, Azərbaycan mediası da dövlət başçısının diqqət və qayğısını doğruldaraq öz fəaliyyətində daha məhsuldar və məsuliyyətli olur, dövlətə. dövlətçiliyə xidmət edir:"44 günlük Vətən Müharibəsində Azərbaycan mətbuatının erməni təxribat maşınına qarşı necə uğurlu fəaliyyət göstərdiyini gördük".Arzuman Muradlı onu da deyib ki, bu gün Azərbaycan dövləti kimi, onun mediası da azad, müstəqildir, regionda, dünyada mətbuat və söz azadlığının təmin olunması baxımından lider mövqedə qərarlaşıb.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
50
newscenter.az

10Mənbələr