AZ

Dünya mətbuatı İlham Əliyevini Xankəndidəki çıxışından yazır

Dünyanın nüfuzlu mətbuat orqanları Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevini çıxışından əsas məqamları işıqlandırmaqda davam edir.

Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, Çinin Sinxua agentliyinin “Azərbaycan Prezidenti Çinlə qarşılıqlı etimadın yüksək səviyyəsini alqışlayıb” sərlövhəli məqalə dərc edib. Yazıda qeyd olunub ki, Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib, son dövrlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə dəfələrlə görüşmək imkanı olduğunu, bu il dövlət səfərim zamanı və ötən il beynəlxalq sammit çərçivəsində keçirilən görüşlərdə iki mühüm sənədin – ötən il “Strateji tərəfdaşlıq haqqında Bəyanat”, bu il isə “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığını bildirib. Azərbaycanın dövlət başçısı diqqətə çatdırıb ki, bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir.

Çinin “Sina”, “Finance.sina”, “Quança”, “163.com” və digər qəzet və portallarında dərc olunan məqalələrdə qeyd olunub ki, Prezident İlham Əliyev bir neçə gün öncə ümumvətəndaş pasportları ilə Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejiminin tamamilə aradan qaldırıldığı, Azərbaycanın isə bir il əvvəl Çin vətəndaşları üçün viza rejimini ləğv etdiyi barədə məlumat verib, bu addımın xalqlarımız, tələbələrimiz və iş adamlarımız arasında təmasların daha da intensivləşməsinə səbəb olacağını vurğulayıb.

Son Yazılar:

Seçilən
15
50
viral.az

10Mənbələr