Cari ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 10 min 759.43 ton miqdarında meşə fındığı satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 76 milyon 670.06 min ABŞ dolları olub.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 334.38 ton (27.7%), dəyər ifadəsi ilə 24 milyon 769.84 min ABŞ dolları (47.7%) çoxdur.
2024-cü ilin ilk 6 ayında bu rəqəm 8 min 425.05 ton miqdarında, 51 milyon 900.22 min ABŞ dolları dəyərində olub.
Yanvar-iyun aylarında xaricə satılan meşə fındığının bir tonu 7 min 126.88 ABŞ dolları (12 min 115.9 manat) olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 966 ABŞ dolları çoxdur. 2024-cü ilin ilk altı ayında bu, 6 min 160.23 ABŞ dolları (10 min 472.39 manat) olub.
Qeyd edək ki, yanvar-iyun aylarında ixrac olunan meşə fındığı ümumi ixracın 0.60 faizini təşkil edib.
Mayya Hüseynova