AZ

Konfrans Liqası: Bu gün "Sabah", "Zirə" və "Araz-Naxçıvan"ın potensial rəqibləri müəyyənləşəcək

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, "Zirə", "Sabah" və "Araz-Naxçıvan"ın da potensial rəqibləri bəlli olacaq.

“Petrokub” (Moldova) - “Sabah” və “Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibləri 4-cü qrupun səpələnmişlər səbətində yer alacaq. Həmin duellərin güclülərinin potensial rəqibləri arasında Polşa, Portuqaliya, Macarıstan komandaları var:

"Rakov" (Çenstoxova, Polşa) - "Jilina" (Slovakiya) cütünün qalibi

"Aris" (Limassol, Kipr) - "Puşkaş Akademiya" (Macarıstan) cütünün qalibi

"Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi

"Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu

"Selye" (Sloveniya) - AEK (Larnaka, Kipr) cütünün məğlubu

"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə 2-ci qrupun səpələnməmişlər səbətində yer alacaq. Azərbaycan təmsilçisi 5 cütdən 10 rəqiblə qarşılaşa bilər:

"Aktobe" (Qazaxıstan) - "Sparta" (Praqa, Çexiya) cütünün qalibi

"Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi

"Zimbru" (Kişinyov, Moldova) - "Astana" (Qazaxıstan) cütünün qalibi

"Riqa" (Latviya) - "Dila" (Qori, Gürcüstan) cütünün qalibi

"Hibernians" (Malta) - "Spartak Trnava" (Slovakiya) cütünün qalibi

Qeyd edək ki, tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

saytlarin hazirlanmasi

Seçilən
24
7
sportal.az

10Mənbələr