Demokrat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir.
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır:
– dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
– xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur.
Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycanın gömrük sərhədindən yüksüz keçərkən Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.
10Mənbələr
-
olaylar.azHər zaman "uşaq qalmağın" sirri nədir? ( 19509488)
-
milli.azHər zaman "uşaq qalmağın" sirri nədir? ( 19508765)
-
banker.azSabah İƏT-in Fələstinlə bağlı fövqəladə iclası keçiriləcək ( 19508147)
-
moderator.azPutin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib ( 19505006)
-
banker.az“Şahdağ Turizm Mərkəzi” kasko sığortanı “Xalq Sığorta”dan aldı ( 19503539)
-
poliqon.infoPutin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib ( 19502000)
-
xalqcebhesi.azPutin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib ( 19501070)
-
banker.azPutin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib ( 19498514)
-
pravda.azNicat Rəhimovun səhhətində problem yaranıb ( 19487705)
-
referans.azƏliyevin təyyarə qəzası ilə bağlı sözlərinə Kremldən REAKSİYA ( 19487588)