AZ

Klaus Ştrunts: Jurnalistlər süni intellektdən istifadə edərkən etik prinsipləri nəzərə almalıdır

ŞUŞA. 21 iyul. TELEQRAF

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusuna həsr olunub.

Görüşdə “Euronews” televiziya kanalının baş icraçı direktoru Klaus Ştrunts çıxış edib.

O, çıxışı zamanı süni intellektin insanların gündəlik həyatına və müxtəlif peşə sahələrinə göstərdiyi təsirdən danışıb.

Qeyd edib ki, bu texnologiya sürətlə inkişaf edir və gələcəkdə onun təsir dairəsi daha da genişlənəcək. Bu səbəbdən insanlar süni intellektdən düzgün və məsuliyyətli şəkildə istifadə etməyi öyrənməlidirlər.

O vurğulayıb ki, jurnalistika sahəsində də süni intellekt artıq mühüm rol oynamağa başlayıb. Bu texnologiya informasiya axınının sürətini və miqyasını artırmaqla yanaşı, informasiyanın keyfiyyəti və etibarlılığı məsələsini də gündəmə gətirir. Məhz buna görə jurnalistlər və media qurumları süni intellekt alətlərindən istifadə edərkən etik prinsipləri və peşə standartlarını mütləq şəkildə nəzərə almalıdırlar.

Seçilən
3
50
teleqraf.com

10Mənbələr