Şuşa. Trend:
Maşın və insan qavrayışı arasındakı uçurum jurnalistika üçün həmbir çağırış, həm də bir fürsətdir.
Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu “Euronews”un baş direktoru KlausŞtrunz III Şuşa Qlobal Media Forumunda etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, uzun illər ərzində postsovet məkanında, ocümlədən, Cənubi Qafqazda münaqişələrin işıqlandırılması Qərbprizmasından aparılıb.
“Maşın bütün bu hesabatları bilir və yalnız bir tərəfi əksetdirir. Biz, jurnalistlər, bu mexanizmi anlamağa borcluyuq – biziməsas vəzifəmiz məhz bundadır: boşluqları doldurmaq və daha tammənzərəni təqdim etmək”, – deyə o vurğulayıb.
Ştrunz əlavə edib ki, texnologiyalar və alqoritmlərin sürətliinkişafı fonunda media məkanında əsas amil hələ də insan olaraqqalmaqdadır.
“Məlumat yalnız o halda etibarlı olur ki, arxasında insan – üzü,adı və məsuliyyəti olan jurnalist dursun. Məhz bu faktor qarşıdakı5, 10, 15 ildə rəqabət qabiliyyətini və auditoriyanın etimadınımüəyyən edəcək”, – deyə o qeyd edib.