AZ

Prezident İlham Əliyev jurnalistlərin vacib suallarına səmimi cavablar verib - Litvalı jurnalist

Şuşa. Trend:

Prezident İlham Əliyevlə dialoq jurnalistlərdə dərin təəsüratoyatdı.

Bunu Trend-əLitvanın Jurnalistlər İttifaqının üzvü Riçardas Lapaytis 3-cü ŞuşaQlobal Media Forumu çərçivəsində bildirib.

Lapaytis forumun nəticələrini yüksək qiymətləndirib, xüsusiləjurnalistlərin Azərbaycan Prezidenti ilə görüşünü mühüm hadisə kimiqeyd edib. Onun sözlərinə görə, dövlət başçısının səmimiyyəti ondadərin təəssürat yaradıb.

“Məni həm jurnalist, həm də insan olaraq Prezident İlhamƏliyevin cavabları çox təsirləndirdi. Dövlət başçılarından beləsəmimi cavabları çox nadir hallarda eşidirəm. Xüsusilə də Prezidentİlham Əliyevin "Heç vaxt işğalla razılaşmayın" sözləri bütünədalətli məqsəd uğrunda mübarizə aparanlara aiddir”, – deyə ovurğulayıb.

Lapaytis 30 illik aradan sonra ilk dəfə Xocalıya qayıtdığınıdiqqətə çatdırıb. O, 1992-ci ildə baş verən faciəvi hadisələrinşahidi olub və həmin dövrdə bölgədə xarici jurnalistlərlə birlikdəçalışıb.

“Mən azərbaycanlılara qarşı soyqırımının şahidi olmuşam. BizXankəndi, Şuşa, Əsgəran istiqamətində hərəkət edirdik. Gecəinsanlar qaçmağa çalışarkən Qarqarçayın o tayını görmüşdüm. Sağqalanların danışdıqlarında heç bir şişirtmə olmadığını başa düşdüm.Hələ ola bilsin, onlar bütün dəhşətləri tam şəkildə ifadə edəbilməmişdilər”, – deyə jurnalist bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi döyüşlərinaparılmasında yeni mərhələyə keçidin nümunəsinə çevrilib.

“Azərbaycan 44 gün ərzində geniş bir ərazini azad etdi. Sizmüasir müharibələrin necə aparıldığını göstərən ilk ölkə oldunuz”,– deyə Lapaytis əlavə edib.

O, həmçinin, müasir media və silahlı münaqişələr kontekstindəsüni intellekt mövzusuna da toxunub və ön cəbhədə insan faktorununəvəzolunmaz olduğunu vurğulayıb.

Seçilən
10
13
az.trend.az

10Mənbələr