Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportinfo.az xəbər verir ki, tədbirdə “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Çempionlar yolunda püşkatmaya II təsnifat mərhələsinin cütləri qatılacaq.
Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) – “Qarabağ” cütü II qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri II təsnifat mərhələsinin 3 cütüdür.
II qrup (səpələnməmişlər)
“Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)
“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)
“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)
Mərasimdə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün məğlubunun rəqibi də bəlli olacaq.
Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və onun rəqibi Avropa Liqasının 2-ci mərhələsinin qaliblərindən biri olacaq. Söhbət aşağıdakı 3 cütlükdən birinin ən güclüsündən gedir:
“HNK Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
RFS (Latviya) – “Malmö” (İsveç)
“Linkoln” (Cəbəllütariq) – “Srvena Zvezda” (Serbiya)
Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da, III təsnifat mərhələsinin görüşləri isə avqustun 5-6-da və 12-də baş tutacaq.