AZ

Xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib

Bakı. Trend:

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşquluavtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydasıtəsdiqlənib.

Trend xəbər verir ki, bununla bağlı müvafiqqərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu vəyarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yolvergisindən azaddır:

- dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikasınınərazisindəki bu Qaydada göstərilən son dəmir yolu stansiyasındaxarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşquluavtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhədburaxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

- xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşquluavtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindənAzərbaycan Respublikasının ərazisindəki bu Qaydada göstərilən ilkdəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılışməntəqəsindən keçirilməklə daşındıqda.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşquluavtonəqliyyat vasitələri bu Qaydada göstərilən daşımalara uyğunolaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur. Bu Qaydadagöstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələriAzərbaycan Respublikasının gömrük sərhədindən yüksüz keçərkən,Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq bəyanedilir.

Bu Qaydada göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyatvasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yükləkeçərkən, Gömrük Məcəlləsinə uyğun olaraq, daşıdığı yüklə eynivaxtda bəyan edilir.

Bu Qayda aşağıdakı hallarda tətbiq edilir:

- Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəqledilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolustansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrüksərhəd buraxılış məntəqəsindən digər dövlətə daşındıqda;

- Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəqledilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolustansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrüksərhəd buraxılış məntəqəsindən digər dövlətə daşındıqda;

- ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyatvasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olanyük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolustansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəqledildikdə;

- ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyatvasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan yükilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolustansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəqledildikdə;

- avtonəqliyyat vasitəsi ən yaxın gömrük sərhəd buraxılışməntəqəsindən gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilkdəmir yolu stansiyasında aşırdıqdan sonra həmin dəmir yolustansiyasından digər yükü ən yaxın gömrük sərhəd buraxılışməntəqəsindən geri daşıdıqda.

Yük sahibi və ya müvafiq səlahiyyət əsasında yük sahibi adındançıxış edən digər hüquqi və fiziki şəxslər AzərbaycanRespublikasının gömrük sərhədindən keçərkən, avtonəqliyyatvasitələrinin yüklə və ya yüksüz yola düşməsindən asılı olaraq,Azərbaycan Respublikasının Gömrük

Məcəlləsinə uyğun olaraq avtonəqliyyat vasitələrini və yükübəyan edir və onlar barədə digər vəzifələri yerinə yetirir.

Ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyatvasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan yükilk dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmiryolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilənəql edildikdə, bəyannaməçi bu Qaydanın tələbləri nəzərə alınmaqlabildirişi və daşıyıcı ilə bağlanılmış müqaviləni gömrük orqanlarınatəqdim etməlidir.

Avtonəqliyyat vasitəsi ən yaxın gömrük sərhəd buraxılışməntəqəsindən gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilkdəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolustansiyasından digər yükü ən yaxın gömrük sərhəd buraxılışməntəqəsindən geri daşıdıqda, bəyannaməçi bu Qaydanın tələblərinəzərə alınmaqla bildirişləri və müvafiq daşıma müqaviləsini gömrükorqanlarına təqdim etməlidir

Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən,bəyannaməçi müvafiq gömrük orqanına bu Qayda ilə müəyyən olunmuşformada təsdiq edilmiş təhvil-təslim aktını təqdim etməlidir.

Son dəmir yolu stansiyasından yola düşən avtonəqliyyatvasitələri Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilənəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara və yaŞərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraqən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətlərədaşındıqda, bəyannaməçi bu Qaydanın tələbləri nəzərə alınmaqla, buQaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada bildirişi, 3nömrəli əlavəsi ilə müəyyən olunmuş formada təsdiq edilmiştəhvil-təslim aktını və daşıyıcı ilə bağlanılmış müqaviləni yükgömrük ərazisindən çıxarılarkən gömrük orqanlarına təqdimetməlidir.

Daşıyıcının tələbi ilə Astara və ya Şərur dəmir yolustansiyasına yükü gətirən bəyannaməçi tərəfindən yük barədəaşağıdakı zəruri əməliyyatlar yerinə yetirilir:

- dəmir yolu ilə nəql edilən və ya avtonəqliyyat vasitəsiləgətirilmiş yük çəkilir və ya onun kəmiyyət ölçüsü başqa qaydadamüəyyən edilir;

- dəmir yolu ilə nəql edilən yük avtonəqliyyat vasitəsinəaşırılır və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəlvaqonlardan boşaldılır;

- avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəqledilməsi üçün vaqonlara aşırılır və ya vaqonlara aşırılmamışdanəvvəl avtonəqliyyat vasitəsindən boşaldılır;

- avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəqledilməsi üçün vaqonlara aşırılır və eyni zamanda dəmir yolu ilənəql edilən digər yük geri ən yaxın gömrük sərhəd buraxılışməntəqəsindən daşınmaq üçün həmin avtonəqliyyat vasitəsinəaşırılır, habelə vaqonlara və ya avtonəqliyyat vasitəsinəaşırılmamışdan əvvəl boşaldılır;

- avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəqledilməsi üçün qablaşdırılır və ya yenidən qablaşdırılır.

Avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən, müvafiqgömrük orqanı bəyannaməçinin təqdim etdiyi sənədlərdə göstərilənməlumatları, eləcə də kağız bildirişi və bildirişdə göstərilənməlumatları gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetməsisteminə daxil edir.

Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, müvafiqgömrük orqanı təhvil-təslim aktında qeyd edilən məlumatların gömrükxidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində öz əksinitapan məlumatlara, habelə bildirişə uyğunluğunu yoxlayır. Təqdimedilmiş sənədlərdə və məlumatlarda çatışmazlıq və ya ziddiyyətaşkar edilmədikdə avtonəqliyyat vasitəsinin gömrük ərazisini tərketməsinə icazə verilir.

Bəyannaməçi avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxilolarkən müvafiq gömrük orqanına təqdim edilən bildirişdə üzərinəgötürdüyü öhdəliyə uyğun hərəkət etməlidir və bildirişdə qeydedilən öhdəlikdən kənar və ya həmin öhdəliklə ziddiyyət təşkil edənhərəkətlərə yol verməməlidir. Bəyannaməçi bildirişdə qeyd edilənöhdəliyin pozulmasına görə qanunda nəzərdə tutulmuş hallardaməsuliyyət daşıyır.

Seçilən
6
50
az.trend.az

10Mənbələr