"Mançester Yunayted" Brayan Mbemo transferini bugünlərdə rəsmiləşdirəcək.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim daha 2 transfer tələb edir. Portuqaliyalı mütəxəssis bir hücumçu və yarımmüdafiəçi istəyir.
Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Mançester Yunayted" bu yay Mbemodan başqa Dieqo Leon və Mateus Kunyanı heyətinə qatıb.
Onlar son mövsümü Premyer Liqada 42 xalla 15-ci yerdə bitirib. Avropa Liqasının finalında isə "Tottenhem"ə məğlub olub.