AZ

ARDNF xarici banklara yatırımlarını artırır

Finss.az - Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il xarici maliyyə institutlarında qısamüddətli depozit yerləşdirməyə davam edib.

Fondun illik hesabatına əsasən, 2024-cü ildə ən böyük depozit məbləği Birləşmiş Ərəb Əmirliklərinə məxsus “First Abu Dhabi Bank”da yerləşdirilib – 340,34 milyon manat.

Bundan əlavə, ARDNF Yaponiyanın “Mizuho Bank”ına da qısamüddətli depozit yatırıb. Sözügedən vəsaitin həcmi 2,04 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 20% çoxdur.

 

Seçilən
15
36
fins.az

10Mənbələr