AZ

III Şuşa Qlobal Media Forumunun üçüncü günü başlayıb - Foto

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun üçüncü günü başlayıb...

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün iki panelin “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai ütimada necə təsir edir: Media savadlılığı kontekstində” - keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Poliqon.info

Seçilən
12
50
poliqon.info

10Mənbələr