Millimizin sabiq yarımmüdafiəçisi Filip Ozobiç yenidən Azərbaycana dönüb.
34 yaşlı xorvatiyalı «Sumqayıt»la anlaşıb.
Tərəflər arasında razılaşmaya əsasən, o,minimum 1 il «kimyaçılar»ın uğurları üçün tər tökəcək. Yığmamızın keçmiş üzvünün buradakı taleyi ilk sezondakı çıxışından asılı olacaq.
Əla performans sərgiləsə, kontraktı 2027-ci ilin yayınadək uzadılacaq. Balkanlı bu müddətdə az maaş almayacaq. Aylıq qazancı 10 min dollar təşkil edəcək.
Ozobiç 2016-cı ildən ölkəmizdədir. «Qəbələ»də 2 il forma geyinib, daha sonra «Qarabağ»ın yolunu tutub.
Beş il «köhlən atlar»ın uğurları üçün tər töküb, 2023-cü ilin yayında isə «Neftçi»yə keçib. 2021-ci ildə millimizə cəlb olunan eks «Spartak»çı 15 oyuna 1 qol vurub.
«Sumqayıt» son 1 ayda 4 yeni oyunçu ilə güclənib.
Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb) vəAleksandr Ramalinqom (Son klubu"Bney Saxnin", İsrail) onların sıralarına qoşulub.
SPORTİNFO.AZ