Bu həftə İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının keçirilməsi planlaşdırılır.
Missiya.Az xəbər verir ki, bu barədə “İndependent Türkçe” nəşri məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətləri 23-24 iyul tarixlərində İstanbulda görüşməyi planlaşdırır.
Qeyd edək ki, Türkiyə 2022-ci ilin fevralında genişmiqyaslı müharibə başlayandan bəri Rusiya və Ukrayna arasında dialoqda dəfələrlə vasitəçi kimi çıxış edib.
Daşqın HəsənovMissiya.Az