AZ

İrlandlara qarşı növbəti duel: səfərdə məğlubiyyət yoxdur

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 23-də səfərdə olacaq. Cavab görüşü isə 30-da Bakıda keçiriləcək.

“Qarabağ” avrokuboklarda buna qədər irlandlara qarşı iki oyun keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2019/20 mövsümündə “Dandalk”la Çempionlar Liqasında təsnifat mərhələsi oyunları keçirib. İrlandiyada rəqibi ilə heç-heçə edən (1:1) “atlılar” Bakıdakı görüşdə inamlı qələbəyə sevinib – 3:0.

“Qarabağ”dan sonra “Sabah” bir dəfə irlandlara rəqib olub. “Bayquşlar” 2024/25 mövsümündə Konfrans Liqasında bu ölkənin “Sent-Patriks” komandası ilə üz-üzə gəlib. İrlandiyada bərabərə qalan (1:1) “bayquşlar” Bakıdakı görüşdə 0:1 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

“Şelburn” Azərbaycan klublarına rəqib olacaq 3-cü İrlandiya təmsilçisidir.

Seçilən
16
17
futbolpress.az

10Mənbələr