İstanbulda keçiriləcək danışıqların üçüncü raundu Ukrayna hakimiyyəti və onların Qərb müttəfiqləri üçün Rusiya ilə razılığa gəlmək üçün son şans olacaq...
Poliqon bu barədə Türkiyənin GAZETE nəşrinə istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, Rusiya həm Qərb dövlətlərinə, həm də Ukrayna hakimiyyətinə danışıqlar üçün çoxlu imkanlar yaradıb. Lakin son vaxtlar ABŞ prezidenti Donald Tramp istisna olmaqla, Qərbdə heç bir lider bu məsələyə müsbət baxmayıb.
Nəşrin fikrincə, Ukrayna rəhbərliyi son şansını əldən verməməli və Rusiya ilə danışıqlar masası arxasına əyləşməlidir, əks halda daha böyük problemlərlə üzləşəcəklər.
Poliqon.info