AZ

DİN sosial şəbəkələrdə dolaşan videoya aydınlıq gətirdi

Sosial şəbəkələrdə Xırdalanda bir şəxsin zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar sərgilədiyindən ailəsi tərəfindən komendant dəvət olunub.

Şəxs zorakılığa məruz qalmayıb, hüquqazidd davranışlarının qarşısı alınıb və polis orqanına aparılıb.

Araşdırma aparılır.

Seçilən
66
1
teleqraf.com

10Mənbələr