ABŞ Avropa İttifaqı ölkələri üçün yeni artırılmış idxal tariflərinin başlama tarixini təxirə salmayacaq — onlar avqustun 1-dən qüvvəyə minəcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lütnik CBS News telekanalına müsahibəsində bildirib.
ABŞ Ticarət Naziri Avropa ölkələrinə möhlət verilməsi haqqında suala cavab verib: "Yeni tariflər avqustun 1-dən qüvvəyə minəcək".
Eyni zamanda H.Lütnik vurğulayıb ki, Vaşinqton dialoqa açıqdır və məhdudiyyətlərin tətbiqi Brüssel və digər xarici ticarət tərəfdaşları ilə gələcək danışıqları istisna etmir.
Xatırladaq ki, avqustun 1-dən ABŞ Avropa İttifaqından gələn mallara 30 faizlik yeni rüsumlar tətbiq etməyə başlayacaq.