Ağstafada yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü A. Qasımov idarə etdiyi “KAMaz” markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1988-ci il təvəllüdlü və Eltun Yusibov və 1998-ci il təvəllüdlü Elvin Yusibovdur. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta