Bu gün iyulun 20-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçirilib.
FED.az xəbər verir ki, imtahan vermək üçün 1416 (KOSS - 271, MHBS - 622 , İSMUBS - 523) nəfər müraciət edib.
Üç saat davam edən imtahanda 40 test tapşırığı təqdim olunub. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 6 binada təşkil olunub. İmtahanın nəticələri 6 həftə sonra açıqlanacaq.