Rusiya prezidenti Vladimir Putin Kremldə İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Laricani ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, İran nümayəndəsi öz rəhbərliyinin göstərişi ilə Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında gərginləşən vəziyyətlə bağlı öz qiymətləndirməsini çatdırıb.
Bundan əlavə, görüşdə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət və beynəlxalq diplomatik səylərin durumu da əsas müzakirə mövzularından olub.
Peskovun sözlərinə görə, Putin “bölgədə vəziyyətin sabitləşdirilməsinə və İranın nüvə proqramı ilə bağlı məsələlərin siyasi həllinə yönəlmiş məlum mövqeləri” səsləndirib.