AZ

Qəzzada son sutka ərzində həlak olanların sayı açıqlanıb

BAKI, TurkicWorld

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların ümumi sayı 58 895 nəfərə, yaralı sayı isə 140 980 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəliyi məlumat yayıb.

Məlumatda həmçinin, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 130 meyitin və 495 yaralının gətirildiyi bildirilib.

Həmçinin qeyd olunub ki, İsrail ordusunun 19 yanvar tarixində əldə olunmuş atəşkəsi pozaraq martın 18-dən bəri Qəzzaya yenidən başladığı hücumlar nəticəsində 8 066 nəfər həlak olub, 28 939 nəfər yaralanıb.

Bundan əlavə, 27 may tarixindən bəri İsrail və ABŞ-ın dəstəklədiyi “Qəzza Humanitar Fondu” adı altında yaradılan yardım paylama bölgələrində fələstinlilərin sistematik şəkildə hədəfə alındığı və bu hücumlar nəticəsində 922 nəfərin öldürüldüyü, 5 0861 nəfərin isə yaralandığı qeyd olunur.

Bununla yanaşı, Qəzza zolağında hələ də minlərlə meyitin dağıntılar altında olduğu bildirilib.

phrase_var_article.chosen
17
45
turkic.world

10phrase_var_article.sources