
Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu yenə İstanbulda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi mənbələrə istinadla məlumat yayıb.
Ukrayna onun gələn həftə keçirilməsini təklif etsə də, danışıqların dəqiq tarixi hələlik məlum deyil.
Digər tərəfdən, Rusiya danışıqlar qrupuna yaxın mənbə təsdiq edib ki, Ukrayna gələn həftə Rusiyaya danışıqların yeni mərhələsini keçirməyi təklif edib.
Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalındakı videomüraciətində Rusiya ilə danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun gələn həftə danışıqların yeni mərhələsinin keçirilməsini təklifi etdiyini bildirib.