AZ

Dənizdə batan iki yeniyetmənin meyiti tapılıbYENİLƏNİB/FOTO

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti sudan çıxarılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyətı üzrə təhvil verilib.

12:38

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.

Xezerxeber.az məlumat verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

10:45

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Seçilən
9
13
xezerxeber.az

10Mənbələr