AZ

Moskva aeroportlarında həyəcanlı gecə – Uçuşlar məhdudlaşdırıldı

Rusiyada iyulun 19-dan 20-nə keçən gecə uçuşlara tətbiq olunan məhdudiyyətlər nəticəsində ümumilikdə 134 təyyarə alternativ hava limanlarına yönləndirilib.

Milli.Az xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

Rəsmi məlumata görə:

Şeremetyevo hava limanına 78, Vnukovoya 45, Domodedovoya 8, Jukovski hava limanına isə 3 təyyarə yönləndirilib.

Səhər saatlarında məhdudiyyətlər qismən aradan qaldırılsa da, daha sonra Şeremetyevo hava limanında təyyarələrin uçuş və enişinə yenidən qadağa tətbiq olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Moskva vilayəti üzərində bu gecə 19 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

Kənan
Milli.Az

phrase_var_article.chosen
17
50
milli.az

10phrase_var_article.sources