AZ

Gənclik şəhərinin mətbu salnaməçiləri ilə görüş

Sumqayıtın arixi Muzeyində Azərbaycan milli mətbuatın 150 illik yubileyi münasibətilə şəhərdə fəaliyyət göstərən jurnalistlərlə görüş keirilib. Tədbirin təşkilatçıları AYB Sumqayıt şöbəsi və Sumqayıtın tarixi muzeyidir. 

Muzeyin direktoru vəzifəsini icra edən Namiq Əliyev media nümayəndələrini salamlayaraq, şəhərin tarixi salnaməsinin yazılmasında əsas mənbə kimi kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirdi. Ardınca muzeydə şəhər mətbuatına, qələm sahiblərinin yaradıcılığına həsr edilmiş guşələrlə tanışlıq oldu.  

Muzeyin konfrans zalında tədbiri giriş sözü il AYB Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin açaraq dedi: “Millətin varlığının rəmzi sayılan ana dilinin formalaşması və inkişafı ilk növbədə şair və yazıçıların, eləcə də jurnalistlərin yaradıcılığı sayəsində baş verir. Bu baxımdan bünövrəsi 1875-ci ildə dəyərli ziyalımız, maarifpərvər Həsən bəy ərdabinin ideyası əsasında “Əkinçi” qəzeti ilə qoyulan anadilli mətbuatımızın yaranması böyük tarixi hadisə idi. Azərbaycan jurnalistikası təşəkkül tapdığı vaxtdan ötən 150 ildə çox uzun və şərəfli bir yol keçib.  Mediamızın bugünkü inkişaf səviyyəsi ilə fəxr etmək olar. Azad, müstəqil, qərəzsiz   mətbu orqanları həyatın nəbzini layiqincə tutur və ictimai rəyi formalaşdırır. 1952-ci ildən təşəkkül tapmış Sumqayıt mətbuatı da bu baxımdan istisna deyil”.  

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Fərman Kazımov və yvaz Qocayev, “Göyərçin” jurnalının baş redaktoru, filologiya elmləri doktoru Rafiq Yusifoğlu, Əməkdar jurnalistlər yruz Məmmədov və Əli Nəcəfxanlı, Azərbaycan Dövlət İnformasiya Agentliyi – “Azərtac”ın Sumqayıt üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, “ ərdabi” Nəşriyyat-Poliqrafiya müəssisəsinin direktoru – Həsən bəy ərdabi nəslinin nümayəndəsi Aydın Məlikov və başqaları ürək sözlərini söylədilər, ustadlarını ehtiramla xatırladılar və zəhmətlərinin dəyərləndirilməsinə görə minnətdarlıqlarını bildirdilər. ıxışlarda milli mətbuatın hazırkı vəziyyəti, qələm sahiblərinin vəzifələri, ana dilinin saflığının qorunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Sonda milli mətbuatın 150 illiyi ilə əlaqədar jurnalistlərə hədiyyələr təqdim olundu.

Ə.ƏLİYEV

XQ

 

phrase_var_article.chosen
31
48
xalqqazeti.az

10phrase_var_article.sources