AZ

Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatıimtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

Trend xəbər verirki, imtahanda iştirak etmək üçün 1416 nəfər müraciət edib.Onlardan:

271 nəfər – Kiçik və Orta Sahibkarlıq Subyektləri üzrəSertifikat (KOSS),

622 nəfər – Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrəSertifikat (MHBS),

523 nəfər – İctimai Sektorun Maliyyə Uçotu BeynəlxalqStandartları üzrə Sertifikat (İSMUBS) imtahanına qatılacaq.

İmtahanlar saat 10:00-da başlayacaq. Saat 09:45-dən sonra gələnnamizədlər imtahan binasına buraxılmayacaqlar.

İmtahan 3 saat davam edəcək və 40 test tapşırığından ibarətolacaq:

Qapalı testlərdən 20-si 1 balla, 10-u 2 balla,

Açıq testlərdən 8-i 5 balla, 2-si isə 10 ballaqiymətləndiriləcək.

Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahanbinasının qarşısında olmalıdırlar. Özləri ilə aşağıdakılar mütləqolmalıdır:

Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və yapasport),

İmtahana buraxılış vərəqəsi,

Qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkliqələm,

HB sərtliyində sadə karandaş,

Kalkulyator.

İmtahanlar kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanşəhərlərində yerləşən 6 binada keçiriləcək.

İmtahanın təşkili üçün:

6 ümumi imtahan rəhbəri,

16 imtahan rəhbəri,

131 nəzarətçi,

22 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Seçilən
2
7
az.trend.az

10Mənbələr