AZ

İranda sərnişin avtobusu aşdı - 22 nəfər öldü

BAKI, 20 iyul. TELEQRAF

İranın Fars ostanında sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə ostanın təcili yardım xidmətindən bildirilib.

Qəza Firuzabad və Kevar şəhərləri arasındakı yolda baş verib.

“Təəssüf ki, bu faciəli hadisə nəticəsində avtobusda olan 58 sərnişindən 22-si ölüb, 36 nəfər xəsarət alıb", - məlumatda deyilir.

Bəzi sərnişinlərin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, ölənlərin sayının arta biləcəyi ehtimal edilir.

Seçilən
52
35
teleqraf.com

10Mənbələr