AZ

“Ukrayna dronu ilə toqquma iddiası gülüncdür, bu, uşaq nağılıdır”

"AZAL təyyarəsinin vurulmasə ilə bağlı Rusiya rəsmilərindən cavab hələ də yoxdur. 7 ay keçib. Biz bilirik nə baş verib, onlar da bilir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

O əlavə edib: "Qonşu dövlətdən tələbimiz təbii idi. Təqsiri etiraf etməli, təyyarəni vuranlar cəzalandırılmalı, AZAL-a və həlak olanların ailələrinə təzminat ödənilməlidir. pizza sifarişi

Bu barədə daha təfərrüatlı danışa bilərəm. Bizim pilotlar cəsarət və peşakarlıq göstərdi. Bütün sərnişinlərin həlak olmasəna imkan vermədilər. Aktauya gedən heyətimiz təyyarə gövdəsində qəlpələr aşkarlayıb

Ukrayna dronu ilə toqquma iddiası gülüncdür. Guya o, AZAL təyyarəsini 2 dəfə hədəfə alıb. Bu, uşaq nağılıdır. Rusiya həmin vaxt öz hava məkanənə bağlamayııb. "Kovyor" planı təyyarə vurulandan sonra elan olunub.

7 aydır cavab ala bilmirik. Baş prokurorumuz Rusiya İstintaq Komitəsinə məktub ünvanlayır, aldığı cavab "təhqiqat davam edir"dir. Bu o demək deyil ki, biz bu hadisəni unudacağıq. Beynlxal məhkəməyə müraciət edəcəyik. Bilirik ki, buna vaxt lazımdır. "Malayziya" təyyarəsi timsalənda olduğu kimi".


Telegram kanalımız
Seçilən
34
40
yenisabah.az

10Mənbələr