AZ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Azərbaycanda iyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-38 dərəcə, yarımadanın bəzi yerlərində 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 faiz, gündüz 35-45 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman, mülayim şərq küləyi əsəcək, havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 36-41dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq.

 

Seçilən
43
49
azerbaijan-news.az

10Mənbələr