Hələlik Ukraynada genişmiqyaslı müharibənin tezliklə bitəcəyinə dair heç bir əlamət yoxdur. Üstəlik, böyük ehtimalla müharibə 2025-ci ildən sonra da davam edəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Madyar" ləqəbli ukraynalı komandir Robert Brovdi deyib.
"Biz nə sabah, nə də bu il müharibənin sonunu görürük. Biz praqmatik olaraq gələcəyimizi hesablayırıq və ən böyük təhlükələri müşahidə edirik", - Brovdi bildirib.
Brovdi hesab edir ki, əsas təhlükələr çox sayda rus işğalçısı, Ukraynaya kütləvi dron hücumları, eləcə də səfərbərlik resurslarının məhdudluğudur.
"Birincisi, Putin bizim məhv edə biləcəyimizdən daha çox piyada göndərir. İkincisi, o, əhalini qorxutmaq və infrastrukturu dağıtmaq üçün ucuz və təsirli silah - "Şahid"lər alıb. Üçüncüsü, Ukraynada döyüşmək istəyən hər kəs artıq döyüşür", - o qeyd edib.
Milli.Az