AZ

“Neftçi” və “Qarabağ” arasında derbi oyunları nə vaxt keçiriləcək?

2025/26 mövsümü Azərbaycan Premyer Liqasında “Qarabağ”la “Neftçi”nin hansı turlarda qarşılaşacağı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, üç dövrədən ibarət olacaq yeni mövsümün ilk Azərbaycan derbisi 11-ci turda keçiriləcək.

Həmin gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Komandalar arasında növbəti qarşılaşma 21-ci turda “Neftçi”nin meydanında təşkil ediləcək.

Nəhayət, 3-cü dövrədə bu iki komanda arasında oyun 29-cu turda baş tutacaq. Həmin görüşdə də meydan sahibi tərəf Bakı klubu olacaq.

Hələlik oyunların vaxtı açıqlanmayıb.

Yeni mövsüm Azərbaycan Premyer Liqası avqustun 15-də başlanacaq.

Seçilən
58
5
sportinfo.az

10Mənbələr