AZ

Sabahın hava PROQNOZU

İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +21 dərəcədən +26 dərəcəyədək, gündüz +35 dərəcədən +38 dərəcəyədək, yarımadanın bəzi yerlərində +40 dərəcəyə yaxın olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +22 dərəcədən +27 dərəcəyədək, gündüz +36 dərəcədən +41 dərəcəyədək, dağlarda gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.

Seçilən
21
49
day.az

10Mənbələr