Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, iyulun 20-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.