AZ

Sabah 41 dərəcə! - HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Yenisabah.az xəbər verir ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, yarımadanın bəzi yerlərində 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

İyulun 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. pizza mizza

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.


Telegram kanalımız
Seçilən
18
49
yenisabah.az

10Mənbələr