AZ

Sabahın hava PROQNOZU

Bakı. Trend:

İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki,http://az.trend.az/latest/ Bakıda və Abşeronyarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, yarımadanınbəzi yerlərində 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 756 mmcivə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə65-75 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdəduman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti,dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.

Seçilən
7
49
az.trend.az

10Mənbələr