AZ

Geyimə xərclənən pul açıqlandı

Bu ilin yanvar-iyun aylarında əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 785.6 milyon manat pul xərcləyib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artıb.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12,8 faizi bu kateqoriyanın payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.

Əlavə olaraq onu da bildirək ki, bu ilin ilk yarısında ölkədə 58,6 milyon manatlıq geyim istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz azalma deməkdir.

Seçilən
22
3
metbuat.az

10Mənbələr