Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasına media-tur təşkil olunub.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli jurnalistlərə açıqlamasında bildirib ki, Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb. Binanın inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar.
Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
"Cebheinfo.az"