BAKI, 19 iyul. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 785.6 milyon manat pul xərcləyib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artıb.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12,8 faizi bu kateqoriyanın payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.
Əlavə olaraq onu da bildirək ki, bu ilin ilk yarısında ölkədə 58,6 milyon manatlıq geyim istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz azalma deməkdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta