Tanınmış aktyor Əlvan Fərmanoğlu dünən vəfat edib. Bu haqda onun sənət dostu, aktrisa Gülçöhrə Abdullayeva məlumat verib:
“Əlvan çox dəyərli aktyor və həmkarım idi. Uzun illər birgə çalışmışıq. Çox tamaşalarda, televiziya verilişlərində obrazlarımız olub. Ötən il həkim səhvən sol ayağını amputasiya etdi. Sağ ayağına da təsir etmişdi. Bir aktyoru belə məhv etdilər. Əlvan həkim səhlənkarlığının qurbanı oldu. Ötən gün qardaşı qızı mənə xəbər verdi ki, keçinib. O qədər pis olmuşam. Allah ona rəhmət etsin” deyə sənətçi bildirib.
Qeyd edək ki, aktyor Əlvan Fərmanoğlu Tənqid-Təbliğ Teatrında, Musiqili Komediya Teatrında, Təbəssüm Teatrında, Arif Satira Teatrında çalışıb. Akttyor sonuncu dəfə “Buğlama” serialında rol alıb.Əlvan Fərmanoğlu həmçinin “Möhtəşəm yüzil”-də çəkilərək, 3 dəqiqəyə 17 min dollar qazanıb. Aktyor sonuncu dəfə Moderator.az-a müsahibə verərək bunları demişdi:
“Sənətə davam etdirə bilmərəm. Ayağım məni sənətimdən də etdi. Ayağım olmayandan sonra hansı sənətdən danışa bilərəm?! Hansı sənətdən danışa bilərəm ki, 40 ilin sənətkarını məhv edib qoyublar! Kimsəsiz, köməksiz qalmışam! Xahiş edirəm, əgər bacarırsınızsa bu işin üstünə siz özünüz düşün. Mənim artıq gücüm çatmır” deyə o bildirmişdi.
Allah rəhmət etsin!