Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək.
"Report" xəbər verir ki, bu yenilik çərçivəsində Həmkarlar İttifaqının təşkilati strukturunun təkmilləşdirilməsi, fəaliyyət dairəsinin genişləndirilməsi və müasir dövrün çağırışlarına cavab verən yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Dəyişiklik eyni zamanda elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq ifadə etmək məqsədi daşıyır.