BAKI, 19 iyul. TELEQRAF
Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan şirkəti Azərbaycanın "Aqua Fleet Management" də daxil olmaqla 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə Azərbaycanın "Aqua Fleet Management" şirkəti 100 manat nizamnamə kapitalı ilə 2024-cü ilin avqusunda qeydə alınıb. Sahibi İremadze Kaxaber olan şirkətin rəsmi ünvanı belədir:Sumqayıt şəhəri, Sülh küçəsi, 5-ci bina, 25-ci mənzil.
Şirkətin neftdaşıma fəaliyyəti ilə məşğul olduğu bildirilir. "Aqua Fleet Management"in adları “Saurri” və “Ederra”iki tankeri, “Temirro” adlı ümumi yük gəmisi fəaliyyət göstərir. Gəmilərin beynəlxalq sularda Kamerun bayrağı altında üzdüyü bildirilir.