AZ

Xadimələrə maşınını yudurdan direktor işdən çıxarılıb

Xadimələrə maşınını yudurdan 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.

XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, direktorun işdən azad olunması faktını Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.

Xəbər 9 dəfə oxunub.
Seçilən
21
13
xezernews.az

10Mənbələr