AZ

"Qalatasaray" "Mançester Siti"nin qapıçısını alır?

"Mançester Siti"nin qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, məşhur insayder Nikolo Skira "şəhərlilər"in "Qalatasaray"la danışıqlar apardığını yazıb.

Türkiyə çempionu futbolçuya əlavə uzadılma imkanı ilə 2028-ci ilə kimi müqavilə təklif edib.

"Qalatasaray"dan başqa, Edersona Səudiyyə Ərəbistanı klublarının da maraq göstərdiyi bildirilmişdi.

Qeyd edək ki, 2026-cı il iyunun 30-a kimi İngiltərə klubu ilə müqaviləsi olan braziliyalı qapıçının transfer qiyməti 20 milyon avro məbləğində dəyərləndirilir.

İdman.biz

phrase_var_article.chosen
16
19
idman.biz

10phrase_var_article.sources