İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Vaşinqtonun dəstəyi ilə atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib.
“İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, ABŞ Dövlət katibi Marko Rubionun dəstəyi ilə Türkiyə, İordaniya və qonşularının dəstəklədiyi atəşkəs haqqında razılığa gəliblər”, - deyə Barak özünün X səhifəsində yazıb.