AZ

Maksimo Perrone “Mançester Siti”ni “Komo”ya dəyişdi

İngiltərənin “Mançester Siti” klubunun dayaq yarımmüdafiəçisi Maksimo Perrone bundan sonra “Komo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Argentinalı futbolçu yeni klubu ilə müddəti 2029-cu ilə qədər nəzərdə tutulmuş 4 illik müqavilə imzalayıb. Transferin dəyərinin 13 milyon avro olduğu bildirilir.

Maksimo Perrone Argentinanın “Veles Sarsfild” klubunun yetirməsidir. “Mançester Siti” onu 2023-cü ildə 11 milyon avro müqabilində heyətinə qatmışdı. 22 yaşlı futbolçu “şəhərlilər”in əsas komandasında cəmi 2 oyun keçirib. O, 2023/2024-cü illər mövsümündə İspaniyanın “Las Palmas” klubuna icarədə olubsa, ötən mövsümü də məhz “Komo”da keçirib. Yarımmüdafiəçi İtaliya klubunun əsas komandasında 26 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub.

Perrone Argentinanın U-16 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
44
32
arena.az

10phrase_var_article.sources