Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı Suriyanın cənubundakı vəziyyət müzakirə edilib. Fidan Suriyada münaqişənin tez bir zamanda dayandırılması və sakitliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, bununla bağlı tərəflər arasında əldə olunan razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Nazir Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə hər hansı hücumun regional sülh səylərinə zərbə vurduğunu bildirib.
Hakan Fidan terror təşkilatlarının Suriyanın cənubundakı vəziyyətdən sui-istifadə etməsinə qətiyyən icazə verilməyəcəyini əlavə edib.
Danışıq zamanı, həmçinin Qəzzadakı vəziyyət və atəşkəs danışıqlarında əldə olunan irəliləyiş də qiymətləndirilib.