“Mikroskopik səviyyədə fəaliyyət göstərən bu cür mükəmməl və bir-biri ilə əlaqəli təbii seçmə mexanizmləri həyatın davamı üçün bu heyrətamiz proqramı qoyan Ali Zəkanın - Yaradanın mövcudluğundan qaçınılmaz olaraq xəbər verir...”
Müasir elm mayalanma prosesi haqqında yeni məlumatlar, yəni ağıllı, düşünülmüş bioloji seçməni xatırladan təəccüblü dərəcədə mürəkkəb seçim mexanizmini ortaya qoyur.
Moderator.az-ın "İslamnews" nəşrinin materialı əsasındas təqdim etdiyi bu maraqlı məqalədə deyilir ki, yeni tədqiqat cinsi hüceyrələr arasında mürəkkəb bioloji əlaqə sistemini nümayiş etdirən primitiv "kim birincidir - ata odur" modelini təkzib edir. Geniş yayılmış bu düşüncənin əksinə olaraq, yumurta-hüceyrə passiv olaraq ən sürətli spermanı gözləmir - genetik materialın seçmə seçimində fəal iştirak edir. Son tədqiqatların göstərdiyi kimi, bu proses mürəkkəb biometrik identifikasiya sisteminə bənzəyir, burada yumurta-hüceyrə ağıllı skaner kimi fəaliyyət göstərir. Xüsusi kinetik sahələr yaradan (suda dalğalanmalar kimi) yaratdığı vibrasiya dalğaları vasitəsilə potensial “namizədlərin” genetik keyfiyyətinin uzaqdan analizi baş verir. Hər bir spermanın genetik keyfiyyət haqqında məlumatı ehtiva edən bir növ bioakustik pasport olan özünəməxsus vibrasiya profili var. Yumurta-hüceyrə yaratdığı enerji sahəsindən istifadə edərək, nəinki ən uyğun sperma cəlb edir, həm də onları kompleks parametrlər dəstinə görə aktiv şəkildə filtrdən keçirir. Bu proses yüksək dəqiqlikli rezonans filtrinin işinə bənzəyir ki, orada vibrasiya xüsusiyyətlərinin üst-üstə düşməsi genetik uyğunluğu göstərir. Maraqlıdır ki, spermanın hədəfə doğru hərəkət mexanizmi əvvəllər düşünüldüyündən qat-qat mürəkkəbdir. Yumurtanın yaratdığı dalğalar sadəcə bələdçi rolunu oynamır, həm də ən uyğun namizədlərin irəliləyişini asanlaşdıran bir növ “enerji dəhlizləri” yaradır.

Fotoda: insanın yumurta hüceyrəsinin təhqiqatçı Render Burger tərəfindən "3FX Inc." üçün çəkilmiş real .
2018-ci ildə Render Burger tərəfindən "3FX Inc." tibbi nəşri üçün illüstrasiyada vizuallaşdırılan bu kəşf mayalanmanın yürüş yarışı olmadığını, çoxparametrli analiz əsasında qərarların qəbul edildiyi hüceyrələr arasında mürəkkəb dialoq olduğunu nümayiş etdirir. Bu tədqiqatlar reproduktiv proseslər haqqında anlayışımızı kökündən dəyişdirərək göstərir ki, hətta hüceyrə səviyyəsində həyat müasir biometrik skan sistemləri ilə müqayisə edilə bilən mürəkkəb ünsiyyət və seçim mexanizmlərindən istifadə edir...
Mikroskopik səviyyədə fəaliyyət göstərən bu cür mükəmməl və bir-biri ilə əlaqəli təbii seçmə mexanizmləri həyatın davamı üçün bu heyrətamiz proqramı qoyan Ali Zəkanın - Yaradanın mövcudluğundan qaçınılmaz olaraq xəbər verir. Bioloji proseslərin belə dəqiqliyi və mürəkkəbliyi təsadüfi amillərlə izah edilə bilməz və bu, kainatın əsasında yatan ağıllı bir dizayna dəlalət edir".
Tərcümə və təqdim etdi:
Sultan Laçın